Hər il olduğu kimi bu il də “Excelsior Hotel & Spa Baku” otelində ənənəvi "Summer Party" təşkil ediləcək.
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova tədbirlə bağlı Foodinfo.az-a bildirib ki, ənənəvi Summer Party tədbiri iyunun 29-da açılacaq.
Tədbirdə otelin korporativ və turizm agentlikləri olan partnyorları, KİV nümayəndələri və seçilmiş tərəfdaş qonaqlar iştirak edəcək. Tədbir otelin açıq hovuz kənarı ərazisində baş tutacaq. Aparıcı Kamilə Babayevə açılış etdikdən sonra sözü Baş Menecer Turhan bəyə verəcəkdir.
"Nitqdən sonra tədbirimiz musiqiçilərimiz Samir Əfəndi və Tünzalə Ağayevanın ifası ilə davam edəcəkdir. Tədbirin müxtəlif saatlarında həmçinin aparıcının təqdimatında hədiyyəli lotoreya oyununun keçirilməsi nəzərdə tutulub, deyə D.Zamanova əlavə edib.