Naringi məşhur sitrus meyvəsi güclü antioksidant mənbəyidir.

Foodinfo.az bildirir ki, vitamin və mineralların zəngin tərkibi olan naringi lif və üzvi turşular (sitrik, süksinik), flavonoidlər (nobiletin, hesperidin, quercetin), karotenoidlər (β-kriptoksantin, β-karotin, lutein) və efir yağları etiva edir.

Vitamin C soyuqdəymənin qarşısını alır, meyvənin tərkibindəki karotenoidlər isə virus və bakteriyaları məhv edən immun hüceyrələrin əmələ gəlməsini stimullaşdırır. Lif qəbizliyin qarşısını alır və qanda “pis” xolesterinin səviyyəsini aşağı salmaqla ürək-damar xəstəlikləri riskini azaldır.

Məhsulun tərkibindəki üzvi turşular mədə-bağırsaq traktının (GİT) selikli qişasını, həmçinin böyrəkləri qıcıqlandıra bilər.