İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-dən başlayaraq meyvə-tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı üzrə soyuducu anbarlara məhsul qəbulu aparılır. Foodinfo.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  Alma məhsulunun tədarükü 3 növdə həyata keçirilir. 1-ci  növdə olan alma məhsulu 80 qəpik, 2-ci növ alma məhsulu  50, qarışıq növdə olan alma məhsulunun tədarükü isə 60 qəpikdən alınır. Sentyabrın 22-nə kimi 10 tonadək alma tədarük olunub.