Bu bitkinin sağlamlıq üçün faydaları saysız-hesabsızdır. Onun istehlakı sizi bir çox xəstəliklərdən qoruyacaq. 

Qara zirə çörək və bişmələrdə tez-tez istifadə edilən bir toxumdur. Yeməklərə həm görünüş, həm də dad baxımından gözəllik qatan qara zirənin faydaları cəmiyyətə o qədər də bəlli deyil. Bununla belə, qara zirə bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır və gündəlik həyatda yaşanan sağlamlıq problemlərini nəzərəçarpacaq dərəcədə azaldır.

İllərdir tibbdə istifadə edilən qara zirənin möcüzəvi faydalarından faydalanmaq istəyirsinizsə, salatlarınıza bir çay qaşığı əlavə edə və ya qatıqla birlikdə istehlak edə bilərsiniz. 

Foodinfo.az qara zirənin möcüzəvi faydalarını təqdim edir: 

Qara zirə və ya onun yağından istifadə mədə ağrılarını və krampları azaldır. Qara zirə yağı həmçinin qaz, mədə şişkinliyi və xora ağrılarını aradan qaldırmağa kömək edir.

Qara zirə toxumu ekstraktının istehlakı yüksək təzyiqi aşağı salır. Ağızdan qara zirə yağının qəbulu iltihablı romatoid artrit əlamətlərini azaltmağa kömək edir. 

Demək olar ki, hər bir toksin qaraciyər vasitəsilə emal olunur və qaraciyərdə olan öd yağları həzm etmək, zehninizi və bədəninizi xoşbəxt və sağlam saxlamaq üçün vacibdir. Dərmanların yan təsirləri, alkoqol istehlakı və ya qaraciyər xəstəliklərinin səbəb olduğu qaraciyər disfunksiyası probleminin öhdəsindən qara zirə yağı ilə gələ bilərsiniz.

Qara zirə yağının ən əhəmiyyətli təsirlərindən biri olan antiinflamatuar astma xəstələrinin qısa müddətdə yaşadığı simptomların azalmasına və yaxşılaşmasına kömək edir. Tənəffüs yollarında iltihabı azaldaraq bronxit əlamətlərini aradan qaldırır.

Bu yağ xolesterini və qan təzyiqini aşağı salaraq ürək xəstəlikləri riskini azaltmağa kömək edir. Bu iddia qara zirənin tərkibindəki antioksidantlara əsaslanır.

O, xərçəng kimi xəstəliklərin yaranmasına və bədəndə yayılmasına kömək edən sərbəst radikalları zərərsizləşdirən çoxlu antioksidant ehtiva edir. Beləliklə, qara zirə həyati təhlükə olan xərçəng xəstəliyinin aradan qaldırılmasında çox mühüm rol oynayır.