Son dövrlər sizin də diqqətinizi çəkmişdir. Artıq bir çox insan qida alış-verişi üçün onlayn kanallara üstünlük verir. Türk istifadəçisi uzun zamandır ki, hazır yemək sifarişi üçün onlaynı aktiv istifadə edir. Ancaq indi onlar market alış-verişində də e-ticarətə yönəlirlər.
Bunun bir çox səbəbi var. Qida məhsullarının qiymətinində dalğalanma, istehlakçıların sürətlə maariflənməsi, uyğun qiymət axtarışı, çatdırılma yarışına girən e-ticarət saytlarının eyni gün çatdırılma seçimləri və yerli məhsullara asan əlçatanlıq səbəblərdən bəziləridir.
Bəs sual oluna bilər ki, istehlakçıları qida alış-verişində onlayna sövq edən səbəblər içərisində hansı daha çox üstünlük təşkil edir? Ən çox hansı platformalar seçilir? Ağızdan-ağıza marketinq agentliyi Fikri Mühim bu suallara cavabı “Digital Age” üçün araşdırıb.
İstehlakçı fərqli seçim və aşağı qiymət axtarışındadır
Araşdırma agentlik tərəfindən iyunun 21-25-də həyata keçirilib. Sorğuda iştirak edənlərin 61%-nin yaş aralığı 18-34 olub. Ümumilikdə sorğuya 1000 nəfər qatılıb.
Tədqiqata görə, respondentlərin 50%-i ayda 1-2 dəfə, 28%-i həftədə 1-2 dəfə internetdə alış-veriş etdiklərini deyib. İnternetdə edilən alış-verişlərdə isə istifadəçilərin 38%-i 100-249 TL ( 30 AZN-72 AZN) arasında pul xərcləyib. İnternet alış-verişlərində ən çox üstünlük verilən kateqoriyalar isə belədir:
Geyim -77%
Nəqliyyat - 65%
Yemək sifarişi - 61%
Şəxsi qulluq vasitələri - 60%
Elektronika - 59%
İstifadəçiəri internet üzərindən alış-verişə sövq edən ən önəmli səbəb: 35%-lik göstərici ilə daha çox seçim olub. Digər ən vacib səbəblər isə marketdə satılan məhsulların qiymətinin artması və onlayn çatdırılmaların vaxtının daha da azaldılması olub. Tədqiqatın ana mövzusu olan onlaynda qida alış-verişi nəticələrinə baxan zaman isə məlum olur ki, istifadəçilərin 33%-i internetdə ayda 1-2 dəfə qida alış-verişi edir. Səbət ortalaması isə yenə 100-249 TL arasındadır. Ötən illə müqayisədə “İnternetdə daha çox qida alış-verişi edirəm” deyənlərin faizi isə 65%-dir. Qida kateqoriyasında ən çox üstünlük verilənlər isə belə olub:
İçki - 57%
Atışdırmalık - 57%
Quru meyvələr - 52%
Səhər üçün yeməklər - 45%
Meyvə-tərəvəz - 29%
Qida xaricində ən çox üstünlük verilən kateqoriyalar isə 30% ilə şəxsi qulluq vasitələri, 29% ilə ev üçün təmizlik vasitələri, 14% ilə uşağa qulluq vasitələri yer alıb. Müştərilərin market alış-verişində ən çox üstünlük verdiyi platforma 43% ilə Migros Sanal Market olub (Facemark)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı