Pasta həm bayram süfrəsində, həm də ailə dairəsində keçirilən adi naharda süfrənin əsas bəzəyinə çevrilə bilən universal yeməkdir. İtalyan mətbəxi təkcə makaron növlərinin müxtəlifliyi ilə deyil, həm də onlara uyğun saysız-hesabsız souslarla tanınır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, demək olar ki, istənilən növ pastaya uyğun gələn, həm sadə, həm də zərif bir sous resepti mövcuddur.

Bu sousu hazırlamaq üçün cəmi üç inqrediyent kifayətdir: soğan, konservləşdirilmiş pomidor və yağ. Hazırlanma prosesi isə olduqca asandır.

Soğan yarıya bölünərək təmizlənir və doğranır, daha sonra kərə yağı və pomidorlarla birlikdə qazana əlavə olunur. Qarışıq zəif odda təxminən 45 dəqiqə ərzində bişirilir və dəmlənməyə buraxılır.

Nəticədə istənilən pasta yeməyini mükəmməl şəkildə tamamlayan ətirli və dadlı sous əldə edilir. Gurmanlar bu sousu xüsusilə spagetti və ya fuzilli kimi makaron növləri ilə tövsiyə etsələr də, dadlı sous sayəsində sadə “rojki” makaronu belə əsl kulinariya möcüzəsinə çevrilə bilər.

Sousa sarımsaq və reyhan əlavə etməklə dadı daha da zənginləşdirmək mümkündür. Zeytun yağı, az miqdarda şəkər və qırmızı şərab sirkəsi isə əsas inqrediyent olan pomidorun dadını daha parlaq şəkildə ön plana çıxarır.