
Qarğıdalı lif baxımından zəngindir və həzm sistemini tənzimləyərək qəbizliyi azaldır. Tərkibindəki B qrupu vitaminləri, maqnezium və kalium ürək-damar sisteminə faydalı təsir göstərir, qan təzyiqini tənzimləyir və xolesterolu azaldır.
Foodinfo.az xəbər verir ki, sarı qarğıdalıda olan lutein və zeaksantin maddələri göz sağlamlığını qoruyur, xüsusilə yaşa bağlı görmə zəifləməsinin qarşısını almaqda təsirlidir. Karbohidratla zəngin olduğu üçün bədənə enerji verir və gündəlik fəallığı artırır.
B qrupu vitaminləri və fol turşusu beyin fəaliyyətinə müsbət təsir edir, yaddaş və diqqət qabiliyyətini dəstəkləyir.
Tərkibindəki antioksidantlar isə hüceyrələri sərbəst radikalların zərərindən qoruyaraq orqanizmin ümumi müdafiəsini gücləndirir.
Qarğıdalı qaynadılaraq və ya buxarda bişirilərək az duzla istifadə edildikdə həm ləzzətli, həm də sağlam bir qida kimi menyuya daxil edilə bilər.