Qidalanmanın ürək-damar xəstəliklərinin inkişaf riskinə təsir etdiyi elmə çoxdan məlumdur. Milli.Az bildirir ki, "European Heart Journal"da nəşr olunan yeni tədqiqatın müəllifləri hansı məhsulların işemik və hemorragik insultun inkişaf riskini artırdığını öyrəniblər. Mütəxəssislər 9 ölkədən 418 329  nəfərin məlumatlarını təhlil ediblər. 12,7 il ərzində işemik insult 4281 xəstədə, hemorragik isə 1430 nəfərdə müəyyən edilib. Alimlər qidada sellülozanın (meyvə, tərəvəz, taxıl, paxlalılar, qoz-fındıq və toxum) ümumi miqdarı ilə işemik insult riskinin azalması arasında əlaqə olduğuna fikir veriblər. Belə ki, sellülozanın qəbulunu hər dəfə 10 qram artıran zaman risk 23%, gündəlik olaraq 200 qram meyvə-tərəvəz yedikdə isə, risk 13% azalıb.