Tez-tez qızaran kartof yemək qan dövranı problemlərinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina xəbərdarlıq edib.
Onun sözlərinə görə, qızaran kartof qanda qlükoza səviyyəsini artırır, bu isə tez-tez iltihab yaranmasına səbəb olur.
Bədən buna reaksiya verməyə məcburdur. Nəticədə, məsələn, damar endotelinin zədələnməsi xolesterol ilə "yamaqlanır". Bu da, öz növbəsində, qan dövranının zəifləməsinə səbəb olur. Nəticədə beyinə qan tədarükü pisləşə bilər.
“Beyin daha az oksigen və qida qəbul etməyə başlayır, qıtlıq yaranır, bu səbəbdən də o "zədələnir", yəni bir çox neyronları ölür", - deyə dietoloq izah edib.
Leyla