Məlumdur ki, antosiyaninlər meyvə və tərəvəzlərə bənövşəyi rəng verir. Bunlar zərərli vurusları zərərsizləşdirən güclü antioksidantlardır. Foodinfo.az xəbər verir ki, dietoloq Mixail Ginzburq "Veçernaya Moskva"ya açıqlamasında yaşıl, sarı və qırmızı almada eyni maddələrin olub-olmadığını açıqlayıb.
Mütəxəssis bildirib ki, almanın rənginə görə faydalılıq dərəcəsini müəyyən edəcək heç bir araşdırmaya rast gəlməyib. Bununla belə demək olar ki, parlaq rəngli meyvələrdə daha çox karotenoid və digər flavonoidlər var.
Amma almanın rəngdə özünü göstərməyən daha bir xüsusiyyəti var. Onların tərkibində çoxlu maddələr var, qocalmanı və yaşa bağlı xəstəlikləri, xüsusən də ürək-damar xəstəliklərini gecikdirməyə kömək edir.
Bundan əlavə, bu meyvələr qanda lipidlərin tərkibini yaxşılaşdırır, xolesterini azaldır.