Gündə üç stəkan çay insanın bioloji yaşını azaltmağa kömək edir. “Rosbalt” bu barədə endokrinoloq Zuxra Pavlovaya istinadən xəbər verir.

The Lancet Regional Health-in məlumatlarına əsaslanaraq, o izah edib ki, gündə üç stəkan çay içmək qocalma prosesini effektiv şəkildə yavaşlata bilər.

Eyni zamanda, çayın spesifik növü onun orta miqdarda müntəzəm istehlakı qədər vacib deyil.

Pavlova qeyd edib ki, spirtli içkilərdən imtina etdikdə çayın təsiri artır. Həkim həmçinin çaya şəkər, bal, süd və şərbət əlavə etməyi məsləhət görmür.

Nurlan