Möcüzəvi faydaları olan xurma haqqında belə bir deyim var: "Sağlamlığının qayğısına qalan insan xurma ilə dostluq edir". Maraqlıdır, bəs, görəsən, sağlamlıq üçün faydalı olan xurmanın orqanizmə hansı müsbət təsirləri var?
Bu meyvənin faydalı xüsusiyyətlərini sadalyırıq:
1. Xurmanın tərkibində elə maddələr var ki, onlar orqanizm üçün problem yaradan bakteriyaları və parazitləri məhv edir.
2. O, beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır.
3. Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün xurma yeyilərsə, cəmisi 40-50 dəqiqədən sonra sərf olunmuş enerji və gümrahlıq bərpa olunar.
4. Tənəffüs yollarının xəstəlikləri zamanı xurma olduqca faydalıdır.
5. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurma yemək məsləhət görülür.
6. Qanazlığı, anemiya xəstəliyi zamanı xurma ən xeyirli qida məhsullarından biridir.
7. Xurma eyni zamanda cinsi zəifliyin aradan qaldırılması, cinsi istəyin artırılması üçün təbii vasitədir.
8. Həm hamilə, həm də doğuşdan sonrakı dövrdə qadınlar üçün xurmanın qida rasionuna daxil edilməsi faydalı və vacibdir. Xurma ana südünün tərkibini vitamin və digər mikroelementlərlə zənginləşdirir. Hamilə qadınları depressiya halına düşmək ehtimalını azaldır.
9. Xurma damarların və kapilyarların divarlarını möhkəmləndirir, həmçinin qan dövranını yaxşılaşdırır, yüksək qan təzyiqi olanlara müsbət təsir göstərir.
10. Xurmanın möcüzəvi faydalarından biri müxtəlif kimyəvi dərman pereparatlarının qəbulundan sonra onların orqanizmdə yaratdığı fəsadların aradan qaldırmaq xüsusiyyətidir. (Axsam.az)