Soğan yeməklərə dad verməklə tanınır. Tərkibindəki A, C, K, E vitaminləri və liflər sayəsində sağlamlıq üçün çox faydalı qidadır. Eyni zamanda yüksək antioksidant xüsusiyyətlərinə görə immuniteti gücləndirir və bir çox başqa faydalar verir. 

Foodinfo.az xəbər verir ki, göy soğan antibakterial xüsusiyyətləri sayəsində bakterial infeksiyalarla mübarizə aparmağa kömək edir. Mədədəki bakteriyalarla mübarizədə faydalı xüsusiyyətlərə malikdir. Bu sayədə mədədə xora kimi xəstəliklərin yaranmasının qarşısını alır.

Ağciyərlə əlaqəli xəstəliklərə çox yaxşı təsir edir. Astma və bronxit kimi xəstəliklərin simptomlarını aradan qaldırmaqda faydalıdır. Öskürəyə də xeyirlidir.

 Sidikqovucudur. Bu şəkildə bədəni toksinlərdən təmizləyir. 

Antiviral xüsusiyyətləri sayəsində soyuqdəymə, qrip kimi xəstəliklərin qarşısını alır və bu xəstəliklərin sağalmasına kömək edir. 

İştahı artıran qidalar arasındadır. Burun tıxanıqlığına yaxşı təsir edir. 

Böyrəklər üçün faydalıdır. Böyrəklərlərində daş problemi olan insanların şikayətlərini azaldır.

Cinsi potensialı artıran təsirə malik olduğu bilinir.

Ürək-damar sağlamlığı üçün vacib qidadır. Qan təzyiqini tənzimləyir və yüksək təzyiqin qarşısını alır. O, həmçinin aterosklerozun yaranmasının qarşısını alır. 

Tərkibindəki yüksək miqdarda C vitamini sayəsində immuniteti gücləndirir. 

Tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün əhəmiyyətli bir qidadır. 

Hamiləlik dövründə yaşıl soğan istehlakı çox faydalıdır, lakin təbii ki, çox miqdarda istehlakdan çəkinmək lazımdır. Yaşıl soğan tərkibindəki vitaminlər sayəsində immuniteti gücləndirərək ana və körpənin sağlamlığına müsbət təsir edir.

Yaşıl soğan bir çox cəhətdən çox faydalı qida olsa da, bəzən bəzi insanlar üçün zərərli ola bilər. Xüsusilə həssas mədəsi olan insanlarda mədə problemlərinə, ağrıya və yanmaya səbəb ola bilər. Həssas həzm sistemi olan insanlarda qaz problemi və həzmsizlik də yarada bilər. Bu da insanlarda narahatlıq yarada bilər.