Səhər yeməyi günün vacib yeməyidir, lakin ondan maksimum fayda əldə etmək üçün səhərlər düzgün qidaları seçmək lazımdır.
Foodinfo.az dieytoloqların səhər yeməyi ilə bağlı "qara siyahı"sını təqdim edir.
1. Kolbasa və ya digər emal olunmuş ətlər. Onların tərkibində həddindən artıq natrium var ki, bu da təzyiqi artıra bilər. Bundan başqa, belə qidaların tərkibindəki doymuş yağlar ürək və qan damarlarının sağlamlığına zərərli təsir göstərir. Emal olunmuş ət xərçəng və xroniki xəstəliklərin inkişaf riskini də artırır.
2. Şirin lopalar. Səhərinizi bir kasa şirin lopalarla başlasanız, çox tez zamanda yenidən aclıq hiss edəcəksiniz. Çünki belə məhsullar çox az miqdarda lif ehtiva edən, rafinə olunmuş undan hazırlanır. Bundan başqa, lopaların tərkibində çoxlu şəkər var, zülal isə yox səviyyəsindədir.
3. Fabrik şirələri və ətirli qəhvə içkiləri. Onlar da adətən çox miqdarda şəkər ehtiva edir, qidalandırıcı maddələr isə bu içkilərin tərkibində yoxdur. Onları təbii qəhvə ilə əvəz etmək daha yaxşıdır, bir az bal və badam südü də əlavə etmək olar. Mütəxəssislər həmçinin səhər yeməyində mağazadan alınan şirələrdən uzaq durmağı və yalnız təzə sıxılmış şirələri içməyi məsləhət görürlər. Alınma şirələrdə çox miqdarda şəkər var ki, sağlamlıq üçün təhlükəlidir.
4. Buğda çörəyi. Bütöv taxıl çörəyindən fərqli olaraq, buğda unundan hazırlanan çörək qanda şəkərin səviyyəsinə mənfi təsir göstərir, əvvəlcə enerjini kəskin artırır, sonra isə eyni sürətlə azaldır. Səhər yeməyində avokadolu tost hazırlamaq istəsəniz, mütləq bütöv taxıl çörəyindən istifadə edin və zülal da əlavə etməyi unutmayın.
5. Kekslər. Onların tərkibində çoxlu kalori, həmçinin şəkər və doymuş yağlar var, protein isə, demək olar, yoxdur. Bu səbəbdən də şirniyyatlar insanı doydurmur.