Qara zeytun səhər yeməklərində həm dadlı, həm də sağlam bir seçimdir. Tərkibindəki sağlam yağlar, xüsusilə omega-9 yağ turşusu, ürək-damar sağlamlığını dəstəkləyir və pis xolesterini azaldır. 

Foodinfo.az xəbər verir ki, E vitamini ilə zəngin olan qara zeytun güclü antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikallardan qoruyur və dərinin sağlam görünməsinə kömək edir. 

Zeytunun tərkibindəki dəmir qan hüceyrələrinin istehsalını artırır və enerjini yüksəldir. 

Aşağı kalorili və liflə zəngin olduğu üçün toxluq hissi yaradır və həzm sistemini yaxşılaşdırır. 

Qara zeytun həmçinin iltihabazaldıcı xüsusiyyətlərə malikdir və bədəndəki toksinlərin atılmasına kömək edir. 

Səhər yeməyində bir neçə qara zeytun istehlak etmək, xüsusilə balanslı qidalanma üçün əla bir addımdır. 

Eyni zamanda, təkrar duzlama prosesindən keçməyən təbii zeytunları seçmək daha faydalıdır.