Fındıq dadlı, sağlam, lakin yüksək kalorilidir. Badam, fıstıq, qoz yüksək enerji dəyərinə malikdir.
Foodinfo.az bildirir ki, bunları yeyən zaman mədə-bağırsaq traktını yükləməmək üçün bəzi qaydalara əməl etmək lazımdır.
Fındıq yarı turş meyvə və giləmeyvə ilə olduqca uyğundur. Odur ki, alma, armud və ya albalı ilə fıstıq, fındıq və ya qoz yeyə bilərsiniz.
Ancaq ətlə qoz-fındıq yemək olmaz. Bəli, bu birləşmə çox dadlıdır. Ancaq bir problem var: hazır yemək çox "ağır" olacaq. Mədədə ağırlıq və ürək yanması kimi nəticələr özlərini hiss etdirə bilər. Həmçinin, qoz-fındıq kəsmiklə birlikdə istehlak edilməməlidir. Bu birləşmə həzm sisteminə yükü ciddi şəkildə artırır.
Qoz-fındıq nişastalı tərəvəzlərlə "dost" deyil. Buna görə də, kartof və ya çuğundur ilə qoz yeməməlisiniz. Salat hazırlayarkən bunu nəzərə alın.