Belə bir fikir var ki, bal xarab ola bilməz, lakin bu, hər bir insanın sağlamlığına birbaşa təsir edə biləcək ciddi yanlış fikirdir. Foodinfo.az Tut-news.ru-ya istinadən xəbər verir ki, balın səthi sulu köpüklə örtülürsə və dadı və qoxusu turş olarsa, istehlakdan çəkinmək daha yaxşıdır.
Bal qalınlaşıb şəkərli olubsa, bu o qədər də böyük bir şey deyil. Dadına diqqət yetirmək vacibdir, əgər heç bir dəyişiklik yoxdursa, onu təhlükəsiz istehlak edə bilərsiniz. Əlbəttə ki, belə balın faydaları azalır, amma dəhşətli bir şey yoxdur.