Brüssel kələmi C vitamini ilə zəngin, qidalandırıcı və sağlamlıq üçün çox faydalı bir tərəvəzdir.
Foodinfo.az xəbər verir ki, tərkibində yüksək miqdarda C vitamini olduğuna görə immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır və antioksidant təsir göstərərək hüceyrələrin zədələnməsinin qarşısını alır.
Brüssel kələmi həmçinin liflə zəngindir, bu da həzm sistemini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
Onun tərkibindəki K vitamini sümüklərin möhkəmlənməsinə kömək edir, fol turşusu isə hüceyrə yenilənməsini dəstəkləyir.
Aşağı kalorili olduğu üçün arıqlama pəhrizlərində geniş istifadə olunur.