Sağlam balıq yağının mənbəyi dəniz balıqları hesab edilir. Foodinfo.az xəbər verir ki, bura siyənək, skumbriya və qızılbalıq ailəsi daxildir. Qızılbalıq adi istehlakçı üçün bahadır, ona görə də alternativ olaraq siyənək və ya skumbriyaya diqqət yetirmək tövsiyə olunur.

Həkim Aleksandr Myasnikov hesab edir ki, bədən üçün vacib qidaların mənbəyi qızıl balıq deyil, siyənəkdir. O, bədəni çox lazım olan Omeqa-3 yağ turşuları ilə doyurur. Eyni zamanda bu balığın yeyilməsi maddələr mübadiləsini sürətləndirir, orqanizmi ağır xəstəliklərdən qoruyur, saç və dərinin vəziyyətini yaxşılaşdırır.