Kərəviz sağlamlıq üçün çox faydalı tərəvəzdir. O, yüksək miqdarda C, K və A vitaminləri, həmçinin antioksidantlarla zəngindir.
Foodinfo.az xəbər verir ki, kərəviz orqanizmdə iltihabın azalmasına kömək edir, immun sistemini gücləndirir və ürək-damar xəstəliklərinin qarşısını alır.
Eyni zamanda, tərkibindəki liflər həzm sistemini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır və arıqlamağa dəstək olur.
Kalorisi az olduğu üçün pəhrizlərdə geniş istifadə edilir.
Kərəviz həm də qan təzyiqini tənzimləyir və böyrək funksiyalarını dəstəkləyir.
Tərkibindəki su balansı bədəni nəmləndirir və toksinləri xaric edir.