Suda isladılmış badam sağlamlıq üçün çox faydalıdır və bir çox vacib qida maddələri ilə zəngindir. 

Foodinfo.az xəbər verir ki, badamın suda isladılması onun qida dəyərini artırır və asan həzm olunmasını təmin edir. 

Tərkibindəki E vitamini güclü antioksidant təsiri göstərərək hüceyrələri qoruyur, dəri və saç sağlamlığını dəstəkləyir. 

B6 vitamini beyin funksiyalarını gücləndirir və yaddaşı yaxşılaşdırır. 

Liflə zəngin olduğu üçün həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır. 

Badamda olan sağlam yağlar ürək-damar sağlamlığına fayda verir və pis xolesterini azaldır. 

Həmçinin suda isladıldıqda fitin turşusu azalır, bu da mineralların (kalsium, maqnezium və dəmir) bədən tərəfindən daha yaxşı mənimsənməsinə kömək edir. 

Hamiləlik dövründə də suda isladılmış badam körpənin sinir sistemi inkişafını dəstəkləyir.