Yayda sərinləmək üçün seçilən içkilər bəzən susuzluğu aradan qaldırmaq əvəzinə daha da artırır.
Foodinfo.az xəbər verir ki, qastroenteroloq və hepatoloq Sergey Vyalov şirin qazlı içkilərin qısa müddətli rahatlıq versə də, uzunmüddətli təsirlərinin zərərli olduğunu bildirib. Onun sözlərinə görə, belə içkilər tərkibindəki əlavə şəkər və qaz səbəbilə metabolizmi pozur və insanı daha da çox içməyə təşviq edir.

"Bu içkilər ilk baxışda sərinlik versə də, az sonra daha güclü susuzluq hissi yaradır. Uzunmüddətli istifadəsi artıq çəki, ürək və damar xəstəliklərinə gətirib çıxarır", – deyə Vyalov qeyd edib.

Mütəxəssis yay aylarında susuzluğu aradan qaldırmaq üçün qazsız suya, şəkərsiz kompotlara və ya təbii kvas kimi içkilərə üstünlük verilməsini tövsiyə edir. Onun sözlərinə görə, kvas həm mikroelementlərlə zəngindir, həm də şəkər miqdarı aşağı olduğundan daha sağlam seçim sayılır.