Endokrinoloq, tibb elmləri namizədi Natalia Tananakina şirniyyat yeməyi necə dayandıra biləcəyinizi söyləyib.
Foodinfo.az xəbər verir ki, o, RİAMO-ya müsahibəsində bildirib ki, şirniyyatların insanda həzz duyğuları yaratmaq və beyindəki həzz mərkəzlərini stimullaşdırmaq qabiliyyətinə görə ona aludə olmaq mümkündür. Bundan imtina etmək fizioloji asılılığın, eləcə də psixoloji vərdişin mümkün inkişafı səbəbindən çətin ola bilər.
Mütəxəssisin fikrincə, həddindən artıq şirniyyatdan imtina etmək bu cür məhsulların istehlakını tədricən azaltmaqla, həmçinin idmanla əldə edilə bilər.
Tananakina əlavə edib ki, tatlandırıcılara tamamilə keçməməlisiniz, çünki onların bəziləri sağlamlığa zərər verə bilər.
Fərid