Bəzi insanlar südlü çay içməyə üstünlük verirlər. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, bununla belə, həm alimlər, həm də həkimlər belə içkinin sağlamlığa zərərli olması ilə razılaşırlar.
Bəzi ekspertlər hesab edirlər ki, süd çayda olan faydalı antioksidanların və teinin miqdarını “öldürür”, üstəlik, bu içki böyrəklərin fəaliyyətini pozur və baş ağrılarına səbəb olur.
Ancaq yeni elmi araşdırmalar göstərir ki, süd zülalının çayın antioksidant tərkibinə heç bir təsiri yoxdur, əslində süd bu sağlamlıq faydalarının sayını artırır.