Bəzi insanlar müxtəlif səbəblərlə süd məhsullarını menyusundan çıxarır. Foodinfo.az xəbər verir ki, Sankt-Peterburqdakı “SM-Klinika”nın qastroenteroloq-hepatoloqu Aleksandr Andreyev bu addımın sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcəyini bildirib.
Mütəxəssis Lenta.ru-ya açıqlamasında qeyd edib ki, xüsusilə turş süd məhsulları bağırsaq mikroflorasının normal fəaliyyəti və həzm prosesləri üçün mühüm rol oynayır. “Onlardan tamamilə imtina etmək bağırsaq fəaliyyətini poza, immun sisteminin zəifləməsinə səbəb ola bilər,” – deyə həkim xəbərdarlıq edib.
Andreyevin sözlərinə görə, süd məhsulları orqanizm üçün vacib olan zülal, vitamin və minerallarla zəngindir. Onlar sümüklərin möhkəmliyini qoruyur, osteoporozun qarşısını alır, əzələ və sinir sisteminin düzgün işləməsini təmin edir.
Həkim vurğulayıb ki, südü və ya onun törəmələrini pəhrizdən çıxarmadan öncə, mütləq həkimlə məsləhətləşmək lazımdır. “Əgər orqanizm laktazanı yaxşı qəbul etmirsə, alternativ variantlar – məsələn, az laktozalı və ya bitki mənşəli məhsullar seçilə bilər, lakin bu, balanslı şəkildə edilməlidir,” – deyə ekspert əlavə edib.
Andreyev sonda bildirib ki, süd məhsullarının tam qadağası orqanizmdə qida maddələrinin çatışmazlığına gətirib çıxara bilər: “Əsas məsələ onların miqdarını və növünü düzgün seçməkdir, tam imtina isə heç də sağlamlıq üçün çıxış yolu deyil.”






