Son illərdə şəkərsiz və təbii tərkibli şirniyyatlara olan maraq sağlam qidalanma anlayışının ayrılmaz hissəsinə çevrilib.

Foodinfo.az bildirir ki, xurma, bal, banan və digər meyvələrdən hazırlanan təbii desertlər həm şirin dad təmin edir, həm də orqanizmi faydalı maddələrlə zənginləşdirir. Bu qidalar əlavə şəkər və kimyəvi dadlandırıcılardan uzaq olduğu üçün xüsusilə diabet riski olan şəxslər üçün uyğun sayılır. 

Mütəxəssislər qeyd edirlər ki, təbii şirniyyatlar maddələr mübadiləsini pozmadan enerji verir və qan şəkərinin səviyyəsini stabillikdə saxlayır. Xüsusilə xurma topları, meyvə əsaslı kekslər və qoz-fındıqla hazırlanan qəlyanaltılar həm doyurucu, həm də sağlam seçim kimi gündəlik menyuya əlavə edilə bilər. 

Təbii məhsullardan hazırlanan bu şirniyyatlar dəriyə də müsbət təsir edir, insulinin kəskin yüksəlməsinin qarşısını alır və piylənmə riskini azaldır. Bu səbəbdən həkimlər şəkərsiz həyat tərzinə keçidi təkcə arıqlamaq üçün deyil, həm də uzunmüddətli sağlamlıq üçün tövsiyə edirlər.