Yeyilən qidalardan yaranan xəstəliklər adətən qida zəhərlənməsi olaraq adlandırılır. Bu hal çürümüş və ya toksik qidaların istifadəsi nəticəsində meydana gəlir. Qida zəhərlənməsinin ən yayqın simptomları mədə bulantısı, qusma və ishaldır. 2510-dan çox zəhərlənmə növü var. Əlamətləri isə şiddətə görə dəyişir. Əksər zaman zəhərlənən insanlar bir ya da iki gün ərzində tibbi qulluğa ehtiyac duymadan yaxşılaşırlar. Bəzi zamanlarda zəhərlənmə çürümüş qidalar, toyuq ətindən baş verir. Toyuq zəhərlənməsinə iki növ bakteriya səbəb olur: Campylobacter və Salmonella. Bəs toyuq zəhərlənməsinin əlamətləri nədir? Toyuq zəhərlənməsi adətən yedikdən sonra 8 ilə 72 saat ərzində sürətli şəkildə meydana çıxır. Əlamətlər və şiddəti insandan-insana dəyişir. Qarın ağrısı, kramp, titrəmə, ishal, qızdırma, qusma, mədə ağrısı əlamətlər sırasında yer alır. Xüsusilə uşaqlarda bu hala ciddi yanaşılmalıdır. Yüngül hadisələr zamanı bol miqdarda maye içmək və yataq istirahəti ilə bu vəziyyətdən xilas ola bilərsiniz. Əgər vəziyyət yaxşılığa doğru getməsə təcili həkimə müraciət edilməlidir. Bu kimi hallar adətən bakterial infeksiyadan qaynaqlanır. Adətən 1-14 gün ərzində tam sağalmaq mümkündür. Şiddətli zəhərlənmənin əlamətləri nədir? Qarın ağrıları Ürək getmə Bulanıq görmə Üç gündən uzun çəkən ishal. (Medicina.az)