Dietoloq Anna Belousova turş kələmin orqanizm üçün faydalı xüsusiyyətlərindən danışıb. Onun sözlərinə görə, turş kələm liflə zəngindir və bitki mənşəli liflər bağırsaqlardakı bifidobakteriyalar üçün qida rolunu oynayır. Foodinfo.az NSN saytına istinadla xəbər verir ki, məhz bağırsaq mikroflorasının insan immunitetinin 70–80 faizinin formalaşmasında mühüm rolu var.

Mütəxəssis qeyd edib ki, kələm düzgün hazırlanarsa, tərkibindəki C vitamini qorunub saxlanılır. Bununla yanaşı, Belousova əlavə edib ki, turş kələmin istifadəsi üçün müəyyən əks-göstərişlər də mövcuddur.

Eyni zamanda, Samara vilayəti üzrə Rospotrebnadzor idarəsində qış mövsümündə vitaminli içkilərin faydaları barədə məlumat verilib. 450media.ru-nun məlumatına görə, şirələr, morslar, kompotlar, dəmləmələr və çaylar xüsusilə ev şəraitində hazırlandıqda daha faydalı hesab olunur.