Əgər evdə turş naringilər varsa, onlardan vaz keçməyə tələsməyin, bu praktik ipucunu tətbiq edin. Yaponların əsrlər boyu istifadə etdiyi bu üsulla limon kimi turş olan naringiləri belə şirinləşdirin.
Turş naringiləri dərin bir qazana qoyun. Üzərinə kifayət qədər su tökün ki, naringillər suyun altında qalsın. Suyun otaq temperaturunda olması vacibdir.
10 dəqiqə suda qalan naringiləri çıxarın və dadına baxın. Bu zaman naringilərin daha dadlı olduğunu görəcəksiniz. Əgər kifayət qədər şirinləşməyibsə, bir müddət suda saxlamağa davam edə bilərsiniz.
Bu üsulla təkcə naringiləri deyil, portağalları da şirinləşdirmək olar. Ancaq qreypfrut üçün bu üsul yaramır.