Həkim Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb.

Mütəxəssisin fikrincə, bu fikir yanlışdır.

Onun sözlərinə görə, amma saqqızın udulması mədədə bir sıra problemlərə səbəb olur:

“Saqqız körpə və uşaqların bağırsaqlarına ilişib qala bilər. Bu da bağırsaqda tıxanıqlığın yaranmasına səbəb olur”.