Xolesterolu tənzimləməkdən xərçəng riskini azaltmağa qədər bir çox faydası olan qara düyü son vaxtlar məşhurlaşıb.
Yaponların uzun ömür sürməsinin sirlərindən biri süfrələrindən əskik olmayan qara düyü ola bilər.
Foodinfo.az qara düyünün faydalarını təqdim edir:
Xolesterolu tənzimləyir: Qara düyü tərkibindəki yüksək lif və antioksidanlar sayəsində xolesterol səviyyəsini tənzimləyir. Bu xüsusiyyət ürək sağlamlığını dəstəkləyərək ürək-damar problemləri riskini azaldır.
Xərçəng riskinin azaldılması: Bu düyünün tərkibində olan fitokimyəvi maddələr, xüsusilə də antioksidantlar və fenolik birləşmələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq xərçəng riskini azaltmaqda rol oynayır.
Şəkər səviyyəsinə nəzarət: Qara düyü aşağı glisemik indeksi ilə qan şəkərini nəzarət altında saxlamağa kömək edir. Bu xüsusiyyət tip 2 diabet riski olan şəxslər üçün xüsusilə vacib ola bilər.
İmmunitet sisteminin gücləndirilməsi: O, vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Bu xüsusiyyətləri sayəsində immunitet sistemini gücləndirərək bədəni xəstəliklərə qarşı qoruya bilir.
Dəri sağlamlığını dəstəkləyir: Tərkibindəki vitamin və minerallarla dəri sağlamlığını dəstəkləyir. Antioksidantlar dəri hüceyrələrini sərbəst radikallardan qoruyaraq yaşlanma əlamətlərini azaldır.
Həzm sisteminin yaxşılaşdırılması: Onun yüksək lif tərkibi həzm sistemini tənzimləməyə kömək edir. Həzm sağlamlığını dəstəkləyərək qəbizlik kimi problemlərin qarşısını alır.
Bəs qara düyünün zərərləri varmı?
Qara düyü yüksək miqdarda lif ehtiva edir və bu, həddindən artıq istehlak nəticəsində qəbizliyə səbəb ola bilər. Bundan əlavə, qara düyü istifadə edərkən allergiyası olanlar da nəzərə alınmalıdır. Allergiya simptomları qaşınma, ödem və ya mədə narahatlığı şəklində baş verə bilər. Buna görə də, taxıl allergiyası olan şəxslərin əvvəlcə kiçik miqdarda sınaması tövsiyə olunur.