
Yaş qoz (yeni yığılmış, hələ qabığı tam sərtləşməmiş qoz) qida dəyəri baxımından çox zəngindir və qurudulmuş qozdan daha çox vitamin və antioksidant saxlayır.
Foodinfo.az yaş qozun faydalarını təqdim edir:
1. Beyin sağlamlığını gücləndirir – Omeqa-3 yağ turşuları yaddaşı və diqqəti artırır.
2. Ürək-damar sistemini qoruyur – Pis xolesterini azaldır, qan dövranını yaxşılaşdırır.
3. İltihabı azaldır – Təbii antiinflamatuar təsir göstərir, oynaqlara faydalıdır.
4. İmmuniteti gücləndirir – Antioksidant və E vitamini sayəsində xəstəliklərə qarşı qoruyur.
5. Qan şəkərini balansda saxlayır – Şəkərli diabet riskini azaldır.
6. Həzm sisteminə faydalıdır – Lif tərkibi bağırsaq fəaliyyətini yaxşılaşdırır.
7. Dəri və saç üçün faydalıdır – Omeqa yağları dərini nəmli saxlayır, saç tökülməsini azaldır.
Yaş qozun tərkibində su çox olduğu üçün tez xarab olur. Ona görə soyuducuda və ya dondurucuda saxlamaq məsləhətdir.