Bir çox insan axşamlar çay içməkdən qorxurlar. Çünki gümrahlaşıb, yuxularının qaçmasından çəkinirlər. Lakin çayı müəyyən qaydalarla dəmləsəniz, problem yaranmaz. Əksinə şirin yuxu üçün faydalı olar.
Foodinfo.az Lent.az-a istinadən xalq təbabətindən bir neçə faydalı məsləhəti təqdim edir.
Mayaotu
Çoxları yəqin ki, mayaotunun rahatlaşdırıcı təsirə malik olduğunu eşidib. Mükəmməl yuxu üçün hətta az miqdarda mayaotu dəmləməsi kifayətdir.
Sarıkök
Sarıkökün yumşaq sakitləşdirici təsiri var. Buna görə də, bir fincan çaya kiçik miqdarda əlavə etsəniz rahat yuxulayarsınız.
Melisa ilə nanə
Melisa və nanə öz təsirinə, dadına və qoxusuna görə oxşardır və klassik sakitləşdirici bitkilər sayılırlar.
Lavanta
Yatmazdan öncə lavanta çayı içmək əsəbləri sakitləşdiri və yuxu verir. Bundan əlavə almalı və südlü çay da şirin yuxu gətirir.