Yay hamımızın istirahət vaxtıdır. İstirahətdəykən isə heç birimiz artıq çəki və pəhriz haqqında düşünmək istəmirik.
Bu barədə Foodinfo.az-a məlumat verən dietoloq Vüsalə Tağıyeva bildirib ki, axşamları dostlarla , qohumlarla təbiətdə və ya bağ evlərində aşırı kalorili yemək içməklər, çay məclisləri, yanında sevimli şirniyyatlardan dadırıq. Sonu yenədə tərəzidəki məyusluğumuz üzə çıxır.
Dietoloq bildirir ki. əslində istirahət planımızı düzgün qursaq, yemək və çayı yalnız aclıq vaxtı qəbul edərik, və boş vaxtımızı maraqlı oyunlarla , fizik iaktivliyi artırmaqla keçirə bilərik. Yetərincə yuxu, yemək, təmiz hava və maraqlı , əyləncəli fiziki aktivlik , istirahətdə olsaq belə, artıq çəki almamızın qarşısını ala bilər.