Təzyiqdən əziyyət çəkənlərin evində soyuducuda, masada bu ərzaqlar olsa, onlar təzyiqin qarşısını asanlıqla alar, bir az narahatlıq hiss edən kimi, bu vasitələrlə özlərinə kömək edərlər.

1. Təzə giləmeyvələr

Qarağat, moruq, böyürtkən, gilas, çiyələk və s. tərkibində olan flavanoidlər arterial hipertenziyanı salır.

Tədqaiqatlar göstərib ki, gündə bir fincan miqdarında hər hansı giləmeyvə yeyən şəxsrlərdə təzyiq həmin  gün 8% azalır.

2. Ərik qurusu

Amerika Ürək assosiasiyası məsləhət görür ki, təzyiqi kontrolda saxlamaq üçün kaliy lazımdır. Çünki kaliy təzyiqə səbəb olan çox miqdarda natriumu yuyub aparır. Kaliy isə quru ərikdə 1,500 mq, təzəsində isə 435 mq-dır. Ona görə təzyiq xəstəsi gündə 10-12 ədəd ərik qurusu yeməlidir.

3. Banan

Bu tropik meyvə də kaliy və maqniy mənbəyidir. Ürəyi qidalandırır. Səhər yoqurta banan qatıb yemək lazımdır ki, sutka ərzində təzyiq çox yuxarı qalxmasın

4. Darçın

Bu ədviyyat sistolik və diastolik təzyiqi salır. Eləcə də diabet xəstələri üçün vacibdir.

5. Yağlı balıq –losos, skumbriya

Omeqa 3 ilə zəngin balıq həftədə 2 dəfə yeyilməlidir.

6. Təzə çuğundur şirəsi

Bir stəkan şisə təzyiqi 5 saat ərzində aşağı salır

7. Qatıq, kefir, duzlu kələm

Fermentləşdirilmiş məhsullar təbii probiotik olub, həm bağırsaqları tənzimləyir, həm də təzyiqi salır.