Pekin Təbii Təbabət Universitetinin professoru Li Çen zəncəfilin həzm sistemi üzərindəki təsirini araşdırıb. Foodinfo.az bildirir ki, zəncəfil yalnız soyuqdəymə üçün deyil, bağırsaq florasının tənzimlənməsi üçün də faydalıdır.

Onun sözlərinə görə, zəncəfil antibakterial və iltihabəleyhinə təsirlərə malikdir, bu da bağırsaq mikrobiotasında tarazlığın qorunmasına yardım edir. Zəncəfil çayı, toz və ya təzə formada qəbul oluna bilər.

Li Çen xüsusilə səhərlər acqarına az miqdarda zəncəfil çayı içməyi tövsiyə edir. Mütəxəssis xəbərdarlıq edir ki, yüksək dozalarda zəncəfil mədədə narahatlıq yarada bilər. Onun bu tövsiyələri Traditional Chinese Nutrition Journalda dərc olunub.