Bəzi qidalar zahirən zərərsiz və yüngül təsir bağışlasa da, gün ərzində qəbul edilən ümumi kalori miqdarını ciddi şəkildə artıra bilər. Xüsusilə ara yeməklər çox vaxt nəzərə alınmır və bu da çəki artımına səbəb ola bilər.
Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, məşqçi-nutritionist Yuri Brabeçan bir ədəd xurmanın 20–25 kilokalori olduğunu bildirib. Onun sözlərinə görə, altı-səkkiz ədəd xurmadan ibarət kiçik bir ovuc artıq 120–200 kilokalori edir və bu miqdar cəmi bir neçə dəqiqəyə qəbul olunur. Mütəxəssis əlavə edib ki, qəhvə üçün şərbətlər, qranola, qoz-fındıq və tumlar da düşündüyündən daha yüksək kaloriyə malikdir.
Brabeçan qeyd edib ki, hətta “yüngül” hesab edilən Sezar salatı belə sous və qızardılmış toyuq səbəbindən 700 kilokaloriyə çata bilər. Digər dietoloq Tatyana Zaletova isə bərk buğda növlərindən hazırlanan makaronlara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, belə makaron daha gec həzm olunur, daha çox zülal, lif, maqnezium və B qrupu vitaminləri ilə zəngindir və sağlam qidalanmaya diqqət edənlər üçün uyğun seçimdir.






