Ənənəvi küftə reseptlərinə fərqli yanaşma axtaranlar üçün zoğallı sousla hazırlanan bu variant həm dadlı, həm də orijinal seçim hesab olunur. Şirin və turş notların birləşməsi yeməyə xüsusi ləzzət qatır və süfrədə fərqlilik yaradır.
Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, bu resept həm qida dəyəri, həm də hazırlanma rahatlığı baxımından seçilir. Xüsusilə sobada bişirilməsi yeməyin daha yüngül və sağlam alınmasına imkan verir.
Hazırlanması:
Əvvəlcə soba 175°C-yə qədər qızdırılır və soba listi bitki yağı ilə yağlanır. Yulaf lopaları blender vasitəsilə un halına gətirilir. Böyük qabda mal əti qiyməsi, üyüdülmüş yulaf, yumurta, tomat pastası, sarımsaq və xırda doğranmış soğan qarışdırılır, duz və istiot əlavə olunur.
Hazırlanan qarışımdan kiçik küftələr formalaşdırılır və soba listinə düzülərək təxminən 15–17 dəqiqə bişirilir. Bu müddətdə sous hazırlanır: zoğal blenderdə püre halına salınır, sonra qazana əlavə edilərək üzərinə portağal suyu, bal və acı sous qatılır. Qarışıq zəif odda bişirilir və bir qədər qatılaşana qədər qarışdırılır, sonda duz və istiotla dadlandırılır.
Hazır küftələr servis qabına düzülür, üzərinə bol miqdarda zoğallı sous əlavə olunur və xırda doğranmış təzə cəfəri ilə bəzədilərək süfrəyə təqdim edilir. Bu yemək həm gündəlik nahar, həm də qonaq süfrəsi üçün ideal seçim sayılır.






