Darülfülfül - qara bibər fəsiləsinə aid çiçəkli bitkidir. Şərqi Hindistandan gəlir və konus formalı meyvələri toz halına gələnə qədər üyütməklə əldə edilir. Yeməklərdə və ya bitki çaylarının hazırlanmasında ədviyyat kimi istifadə edilə bilər.
Foodinfo.az bu yazıda darülfülfüldən necə istifadə etmək lazım olduğunu təqdim edir.
Qara bibərlə müqayisədə daha dominant dadı olan darülfülfül bal ilə qarışdırılaraq istehlak edilə bilər. Ağızda mixək kimi çeynədikdə ağız qoxusunun qarşısını alır.
Buxur kimi yandırdıqda tüstüsü sinusları açır, boğaz ağrısına yaxşı təsir edir.
Yaşıl çay və ya cökə ilə qarışdıraraq bitki çayı kimi istifadə edə bilərsiniz.
Xüsusilə iştahı artıran xüsusiyyətinə görə iştahsızlıqdan əziyyət çəkənlərə kökəlmək üçün bal ilə birlikdə istehlak edilməsi tövsiyə edilən darülfülfül iştahı artırır.
Mədə, bağırsaq və sidik yollarının infeksiyalarında təsirlidir.
İstifadə edildikdə bədəni isidən darülfülfül soyuqdəymə zamanı qızdırma olmadığı təqdirdə istifadə edilə bilər.
Sakitləşdirici və stressi aradan qaldıran təsiri ilə sinir sistemini gücləndirən bu dərman bitkisi bədən enerjisini və cinsi gücü artırır.
Şəkər xəstələri üçün çox faydalı bir dəstək olan darülfülfül bədəndə yaratdığı zərərin bərpasına kömək etməklə yanaşı, bu xəstəliyin gedişatını dayandırır.