Güclü virus, bakteriya və iltihab əleyhinə xüsusiyyətlərə malik olan evkalipt qədimdən nəfəsalma sistemi xəstəlikləri, öskürək zamanı istifadə olunur.
Evkalipt həm yuxarı, həm də aşağı nəfəs yollarını selik və mikroblardan təmizləyir, nəfəs yollarına spazmolitik təsir edir, respirator xəstəliklərinin müalicəsində çox effektlidir.
Saglamolun.az bildirir ki, evkalipti xalq təbabətində inhalyasiya və dəmləmələr şəklində istifadə olunur.
Reseptlər
1. İnhalyasiya üçün yarım l isti suya (qaynar yox!) 5-10 damcı evkalipt efir yağını əlavə edin və suyun buxarından 3-5 dəqiqə ərzində nəfəs alın. Evkalipt yağı yoxdursa, yarım l isti suda 3 x.q. evkalipt yarpaqlarını dəmləyin və inhalyasiya üçün istifadə edin.
2. 1 x.q. evkalipt yarpaqlarının üzərinə 1 stəkan isti su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, sonra süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için. Apteklərdə satılan hazır evkalipt cövhərindən də istifadə edə bilərsiniz