Avokado, təkcə trend meyvə deyil, ürək üçün əvəzolunmaz təbii bir qoruyucudur. Onun tərkibindəki doymamış yağ turşuları xolesterin səviyyəsini tənzimləyərək damarların sağlamlığını qoruyur. Xüsusilə LDL ("pis" xolesterin) səviyyəsini azaldıb HDL ("yaxşı" xolesterin) səviyyəsini yüksəltməkdə təsirlidir.

Foodinfo.az RBC-ya istinadla xəbər verir ki, kaliumla zəngin olması isə qan təzyiqini stabilləşdirməyə kömək edir. Avokado həmçinin E vitamini ilə damar divarlarını gücləndirir, onları sərbəst radikalların zədəsindən qoruyur. Onun lif tərkibi qan şəkərinin sürətli yüksəlməsinin qarşısını alır. Həftədə 3-4 dəfə istifadə, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Salatlarda, tostlarda və ya smuzilərdə istifadə edilə bilər – həm ləzzətli, həm faydalı. Avokadonun tərkibindəki lutein isə yalnız gözlər üçün deyil, həm də beyindəki neyroprotektiv funksiyalar üçün əhəmiyyətlidir. Yağsız görünən bədənlər üçün bu “yağlı meyvə” əsl sağlamlıq qaynağıdır. Ürək, damar və zehin üçün avokado – yaşıl rəngin təbii şəfasıdır.