Türkiyənin nüfuzlu "Sabah” qəzeti Azərbaycanda da yetişən alçanın hikmətindən bəhs edən məqalə dərc edib.
Məqalədə iddia edilir ki, alça koronavirusa qarşı da təsirli vasitə hesab oluna bilər.
Saglamolun.az sfera.az-a istinadla sözügedən məqalədən bəzi hissələri təqdim edir.
Alçanın faydaları nələrdir?
Alça vitamin və minerallarla zəngin olan bir meyvədir. Belə ki, tərkibində A, B2, B3, B6, C, E, K vitaminləri, potasyum, flоrid, fosfor, maqnezium, dəmir, kalsium və sink vardır.
Alçanın süfrəmizə ləzzət qatmaqla yanaşı saymaqla bitməyən faydaları da vardır. Alça həzm sisteminə yaxşı təsir etməklə yanaşı, qrip simptomlarına qarşı da müsbət təsir göstərir. Koronavirusun qripin ən dəhşətli növü olduğunu xatırladan müəllif alçanın bu virusa qarşı orqanizmdə immunitet yaratdığını düşünür.
Bu meyvənin antioksidant gücü osteoporoz, xərçəng, şəkərli diabet və piylənmənin müalicəsinə faydalı olmaqla yanaşı, eyni zamanda xolesterol miqdarını azaldaraq ürək fəaliyyətinə də müsbət təsir göstərməkdədir. Həmçinin alçada olan bol vitaminlər immun sistemin güclənməsinə müsbət təsir edir və bizi viruslara qarşı müqavimətimizi gücləndirir.
Alça həm də dərini gəncləşdirir və qan dövranını tənzimləyir.
Tərkibində olan lif sayəsində pəhriz zamanı kilo vermənizə də yardımçı olacaq.
Bəs alçanın başqa nə kimi faydaları mövcuddur?
Antioksidant xüsusiyyəti
Tərkibində olan C vitamini və bitki mənşəli birləşmələr sayəsində antioksidant xüsusiyyəti mövcuddur ki, bununla da insan orqanizminin müqavimətini artırır və oksidatif stressin səbəb olduğu xəstəliklərdən orqanizmi qorumuş olur.
Piylənmənin müalicəsi
Metabolik sindromla mübarizə zamanı çox faydalıdır. Tərkibindəki lif sayəsində insanı tox tutmaqla piylənmənin müalicəsinə yardımçı olmuş olur. Bununla yanaşı, artıq piylənmənin yol açdığı xolesterol, şəkərli diabet və qan-damar sistemi problemlərinin qarşısını alır.
Şəkərli diabet
Anti-hiperglisemik təsiri sayəsində diabet ilə mübarizədə yardımçı olmuş olur. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, alça orqanizmdəki şəkərin və triqliseridin miqdarını azaldır.
Osteoporoz müalicəsi
Alça qəbulu sümük sağlığı üçün faydalıdır. Sümükləri gücləndirir və osteoporozun qarşısının alınmasına yardımçı olur.
Həzm sistemini tənzimləyir
Tərkibindəki lif sayəsində həzm sistemini tənzimləyir.
Sinir sistemini tənzimləyir
Alçanın tərkibində B6 vitamini vardır ki, bunun sayəsində sinir hüceyrələrinin bir-biri ilə olan əlaqəsinə yardımçı olaraq sinir sisteminin fəaliyyətini tənzimləmiş olur. Serotoninin miqdarını artıraraq yuxu, iştah və konsentrasiyanı tənzimləyir.
Ürək xəstəliklərindən qorunma
Alça qan-damar sistemi üçün faydalı olan meyvələrdən biridir. O infarkt, ritim pozğunluğu və ürək spazmalarının qarşısını almaqçün faydalıdır.
İmmun sisteminə faydası
Tərkibində yüksək miqdarda C vitamini mövcuddur ki, bununla da infeksion və iltihabi xəstəliklərin qarşısını almaqda yardımçı olur.
Xolesterini salır
Neqativ xolesterin olan LDL-ni azaldır, yaxşı xolesterin olan HDL-ni isə artıraraq orqanizmə fayda vermiş olur.
Psixoloji ruh düşkünlüyü zamanı faydalıdır
Alça nizamlı qəbulu zamanı depressiyanın azalmasına fayda verir.
Hamiləlikdə qəbulu
Alça yemək hamiləlik zamanı da orqanizm üçün faydalıdır. Belə ki, tərkibində mövcud olan vitamin və minerallar sayəsində ana və uşağın sağlığı üçün olduqca faydalıdır.
Xərçəngin müalicəsi
Tədqiqatlara görə, tərkibindəki antioksidantlar sayəsində insan orqanizminin xərçəng hüceyrələri ilə mübarizəsinə kömək edir.
Dəri sağlamlığı
Öncə də qeyd etdiyimiz kimi tərkibində C vitamini və antioksidantlar vardır ki, bunlar da dəridə qırışların yaranmasının qarşısını almaqda köməklik edir, dərinin daha da gənc görünməsinə yardımçı olur.
Qan laxtalanması
K vitamini ilə zəngin olan alça qanın laxtalanmasını tənzimləyir.
Dünyanın hər ölkəsində yetişməsə də, xoşbəxtlikdən alçanın müxtəlif növləri Azərbaycanda yetişir. Xüsusilə əhali arasında Naxçıvan göycəsi və Göyçay alçası adlanan yaşıl və bol sulu alça növü xüsusilə məşhurdur.
Saglamolun.Az