Alman həkimlər istifadəsi bahalı krem görünüşü verən ən yaxşı məhsulların siyahısını tərtib ediblər. Xüsusilə, tərkibində karotenoidlər olan bibər və yerkökü dəriyə təsir göstərir. Foodinfo.az kaspi.az-a istinadən bildirir ki, pomidor və tomat pastasının istifadəsi bahalı kosmetik məhsullardan daha çox xarici görünüşə təsir edə bilər. Bunun üçün onları şorba, sous və sıyıqlara əlavə etmək mümkündür. Dərinin gözəlliyi üçün balıqda da kifayət qədər omeqa-3 yağ turşuları var. hər gün dəniz məhsulları istifadə etməl qeyri-mümkündür: həftədə iki dəfə yemək kifayətdir. Bu zaman yağlı balıq növlərini - somon, skumbirya və ya siyənək seçmək daha yaxşıdır. Eyni zamanda, həkimlər xəbərdarlıq edirlər: həddən artıq və müntəzəm şirniyyat qəbul etmək daima ehtiras yaradıb, dərini ləng və pis hala gətirir ki, kosmetik prosedurların köməyi ilə onu bərpa etmək çətin olacaq.