Balqabaq tumları sağlamlığımız üçün vacib vitamin və mineralları ehtiva edən qidalardan biridir. Xüsusilə A, C və E vitaminləri ilə zəngin olan balqabaq tumları kalium, dəmir, natrium və kalsium mineralları ilə də zəngindir. Balqabaq toxumunun bu güclü qida tərkibi sağlamlığımız üçün bir sıra faydalar təmin edir.
Foodinfo.az xəbər verir ki, balqabaq toxumu adətən qabıqlarından ayrıldıqdan sonra istehlak edilir. Ancaq balqabaq toxumunu qabığı ilə birlikdə istehlak etmək təsəvvür belə edə bilməyəcəyiniz faydalar bəxş edir.
Boranı tumunun qabıqları liflə zəngin olduğundan həzm sistemini dəstəkləyir və həzm sağlamlığını yaxşılaşdırır. Eyni zamanda, balqabaq toxumlarının qabığında ürək sağlamlığını dəstəkləyən, xolesterinin səviyyəsini tarazlayan və ürək-damar xəstəliklərinin qarşısını alan sağlam yağ turşuları var. Həmçinin bu toxumun qabığı antioksidantlarla da zəngindir.
O, bədəndəki sərbəst radikallarla mübarizə aparır, hüceyrə ziyanını azaldır, xroniki xəstəliklərin qarşısını alır və qocalmanı gecikdirir. Bundan əlavə, balqabaq toxumlarının qabığında maqnezium, sink, dəmir və kalium kimi minerallar da var. Bu sümük sağlamlığını dəstəklədiyi üçün əzələ funksiyalarını tənzimləməkdə təsirlidir.
Həmçinin immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
Boranı tumu qabığının bu unikal faydalarından yararlanmaq üçün onları çiy, yəni qovrulmamış istehlak etməyiniz daha məsləhətdir.