Qarınətrafı piylənmə bir çoxlarının qarşılaşdığı problemdir.
Foodinfo.az oxuculara maddələr mübadiləsini sürətləndirən və yağ yandıran kokteylin reseptini təqdim edir.
Tərkibi:
1 stəkan təzə sıxılmış portağal suyu
1/2 stəkan qreypfrut suyu
1/2 stəkan su
1 çay qaşığı bal
1 çay qaşığı üyüdülmüş keşniş
Hazırlanma və istifadəsi:
Bütün inqrediyentləri blenderdə hamarlanana qədər çalın.
1 həftə ərzində hər gün səhər yeməyindən yarım saat əvvəl acqarına için.
Bu kokteyl vitaminlər və antioksidantlarla zəngindir, həzmi yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir və qarınətrafı nahiyədə incəlməyinizə kömək edir.
Nurlan