Lavanda həm vizual gözəlliyi, həm də qoxusuna görə çoxları tərəfindən sevilən bitkilərdən biridir.
Publika.az bu gözəl bitkinin sağlamlığımıza faydalarını araşdırıb:
- Lavanda yağı ağrıları azaldır.
- Lavanda çayı qaraciyər enzimlərini - ALT və AST-nin miqdarını normaya salır.
- Yanıqların müalicəsi üçün çox yaxşı vasitədir.
- Baş ağrısını aparır. Bunun üçün bir neçə damla yağı ilə alın və gicdah nahiyəsi masaj edilir.
- Bel ağrısı zamanı lavanda yağını kokos yağı ilə qarışdırıb krem kimi çəkirlər.
- Lavanda yağı yuxusuzluq problemini həll edir.
- Lavanda çiçəklərindən çay da dəmlənə bilər.
- Lavanda sakitləşdirici təsir göstərir, sinirləri sakitləşdirir.
- Lavanda həmçinin həşərat qovucu effektə malikdir.