"Qoz ürək-damar xəstəliklərinə qarşı mükəmməl vasitədir"
Foodinfo.az Pravda.ru-ya istinadla xəbər verir ki, bu barədə İspan həkim Marta Quaş Ferre məlumat verib.
O bildirib ki, qoz antioksidandır və iltihab əleyhinə mükəmməl vasitədir. Xüsusi özəlliklərə malikdir: "Hər gün 57 qr qoz yemək döş xərçənginin inkişafını əngəlləyir. Tədricən məhv edir. Həmçinin, bu meyvə gümüş, omeqa 3, vitamin A, C, E, B6, dəmir, maqnezium, kalsium, fosfor, potasium, L-arginin və triptofanla zəngindir. Xüsusən gümüşlə zəngin olduğuna görə, uşaqlarların zəka inkişafında mühüm rol oynayır".