Yeni elmi araşdırmalar göstərir ki, K vitamini koronavirusun ağır fəsadlarının və bu infeksiyadan ölümün riskini azaldır.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bu haqda Niderlaland alimləri xəbər verib. Onların müşahidələrinə görə, koronavirusun ağır gedişatı müəyyən dərəcədə K vitamininin orqanizmdə aşağı səviyyədə olması ilə bağlıdır.
K vitamini orqanizmi xərçəng, şəkərli diabet və ürək-damar sistemi xəstəliklərindən qoruyur, immun sisteminin normal fəaliyyəti və bağırsaqların mikroflorası üçün çox vacibdir.
K vitamininin əsas mənbələri:
- ispanaq
- kələmin bütün növləri
- qulançar
- noxud
- mərci
- süd
- kesmik
- pendir
- zeytun yağı
- qara gavalı
- moruq
- banan
- kivi.