Qədim dövrlərdən küncüt tibdə istifadə olunub. Bu toxumun müxtəlif növləri var, ən çox ağ və qarası tanınır.
Alimlər bu toxumun cəmi 10 qramının bir çox xəstəliklərin profilaktikasında rolu olduğunu bildirir.
Küncüt bitki tərkibli proteindir, zülal mənbəyidir, amin turşularla zəngindir.
100 qram küncütdə 19 qr zülal var.
Xərçəngə qarşı
Küncütdə olan mineral və maqniy şiş əleyhinə təsir edir
Qanda şəkəri salır
küncüt diabet xəstələri üçün əvəzsizsdir. Qanda qlükozanı tənzimləyir, insulinin qəfil artmasının qarşısını alır.
Ürək üçün
Bu toxumlar pis xolesterini azaldır, damar tıxanması, aterosklerozun qarşısını alır
Küncüt anemiya, qanazlığında da təsirlidir
Revmatoid artritdən əziyyət çəkənlər
Oynaqlarda ağrı və iltihabı azaldır, antioksidant təsir edir
Həzm sistemi üçün
Çox miqdarda liflə zəngin olduğu üçün bağırsaq motorikasını artırır, qəbizliyə qarşıdır
Köpü aradan qaldırır
Sümükləri möhkəmləndirir
Kalsiy mənbəyi kimi uşaqdan tutmuş yaşlıya kimi hər kəs üçün sümük mineralıdır.
Alimlər gündə 10-20 qram küncüt yeməyi tövsiyə edir
Eləcə də qidalarda, salatlarda təmiz sıxma küncüt yağı işlədə bilərsiniz. /medicina.az