Alimlər, zeytun yağı və balığın müntəzəm qəbulunun, qocalana qədər yaddaşın və beynin qorunmasına kömək etdiyini sübut edib. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, Amerikalı və İspaniyalı elm adamları on illik bir araşdırmadan sonra belə qənaətə gəliblər. Bu araşdırmanın nəticələri Alzheimer Assosiasiyasının elmi jurnalında dərc edilmişdir. Tədqiqatda iki qrup insan iştirak edib. Biri Alzheimer xəstəliyinə genetik meylli, ikincisi adi insanlar. Hamısı müəyyən edilmiş rasionla qidalanır və vaxtaşırı test edilir. Tərəvəz və meyvələr, taxıllar, qoz-fındıq və paxlalı bitkilər, zeytun yağı və balıqdan ibarət menyuda: çoxlu balıq və zeytun yağı yeyənlərdən daha yaxşı göstərici əldə edilib. Bu insanların hamısı alzheimer xəstəliyinə meylli olub. Məlum olub ki, dərman müalicəsi ilə müqayisədə bu qidalardan istifadə edənlərin xəstəliyə yoluxma riski 19% daha azdır.